İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalılar Maskın ölkə siyasətinə mənfi təsir göstərdiyini bildiriblər

220 12.01.2025 10:51 Dünya A A

Britaniyalı seçicilərin yarıdan çoxu amerikalı sahibkar İlon Maskın Böyük Britaniya siyasətinə mənfi təsir göstərdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə “Observer” qəzetinin sorğusunun məlumatları sübut edib

Britaniyalılar əsasən Maskın ölkənin baş naziri Kir Starmer və Böyük Britaniyanın İslahat Partiyasının rəhbəri Naycel Farajla bağlı açıqlamalarına diqqət yetiriblər.

Sorğuda iştirak edənlərin 53%-i Maskın ölkə siyasətinə mənfi təsir etdiyini deyib.

Qeyd edilib ki, Maskın “X”də Böyük Britaniyanı tiran hökumətdən azad etmək təklifi ilə yazısı diqqət çəkib. O, bu yaxınlarda iddia edib ki, İngiltərənin ədliyyə sistemi uşaq cinsi alveri şəbəkələri ilə bağlı qalmaqal fonunda tamamilə məhv edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR