İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada yeni xarici işlər naziri TƏYİN OLUNDU

1464 05.07.2024 19:06 Dünya A A

Böyük Britaniyanın baş naziri Keir Starmer Devid Lammini yeni Leyboristlər hökumətində xarici işlər naziri təyin edib. 

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının Dəftərxanasından məlumat verilib.

Qeyd olunub ki, 51 yaşlı Lammi hüquqşünasdır. 1993-cü ildə o, London Universitetinin Şərq və Afrikaşünaslıq fakültəsini, 1997-ci ildə isə Harvard Hüquq Məktəbini bitirib. 

“The Times” qəzeti yazır ki, Lammi 2005-ci ildə Harvard Universitetində keçirilən görüşdə tanış olduğu ABŞ-ın 44-cü prezidenti (2009-2017) Barak Obama ilə sıx əlaqədədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR