İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya XİN: Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər

227 09.01.2025 22:09 Dünya A A

Ukraynadakı müharibə bu il aprelin sonunadək başa çata bilər.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi "Radio 4"ə müsahibəsində deyib.

Onun fikrincə, sülh ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətinin ilk vaxtlarında əldə edilə bilər.

Nazir həmçinin Rusiyanın danışıqlara hazır olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın "Sky News" televiziya kanalı öz mənbələrinə istinadən savaşın aprelin 20-nə qədər bitə biləcəyini bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini demişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR