İnsanlara hürriyət, millətlərə istiqlal!

Brilliant Dadaşova: “Sözlərimi Fərqanəyə yox, Jirinovskiyə aid eləmişəm”

1798 07.04.2022 18:50 Şou-biznes A A




"Ömür boyu ölkəmi təhqir edən bir ictimai xadim dünən ölüb. Dünən ürək sözlərimi ona həsr etmişəm".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova "İnstagram" hesabında qeyd edib.

Xalq artisti dünənki paylaşımının “Location" klubda baş verən partlayışda xəsarət alan Fərqanə Eynullayevaya deyil, Vladimir Jirinovskiyə aid olduğunu bildirib:

"Açıq-aşkar o insanı şeytanın qardaşı oğlu adlandırdığım halda sözlərimi özünəməxsus təhrif ediblər. Mən onu qadın vətəndaşımıza aid etməmişəm”.

Xatırladaq ki, Xalq artisti sosial şəbəkədə bundan əvvəlki paylaşımı ilə diqqət çəkmişdi. "Bu gün biri ölüb, mən kiminsə ölümünə sevinənlərə təəccüb edirəm. Əsla, sevinmirəm. Sadəcə onun şeytanın qardaşı olduğunu bilirəm. Bir şeyə heyfsilənirəm. Onu həyatda görüb, iki kəlimə deyəcəkdim. Üzünə tüpürəcəkdim, gecikdim. Bax, buna üzülürəm".

Bəziləri Brilliant Dadaşovanın "Location" klubda baş verən partlayış zamanı xəsarət alan 1999-cu il təvəllüdlü Fərqanə Eynullayevanın vəfatına reaksiyası kimi dəyərləndirmişdi.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR