İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya OPEK+-la əməkdaşlığa başlayır

424 30.11.2023 21:18 Dünya A A

Braziliya gələn ildən OPEC+ ilə əməkdaşlığa başlayacaq.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat OPEC və OPEK+ nazirlərinin görüşünə dair bəyanatda məlumat verilir.

Braziliyanın mədən və energetika naziri Aleksandr Silveyra de Oliveyra cümə axşamı OPEC və OPEC+ nazirlərinin onlayn görüşündə iştirak edib.

Hazırda OPEC+-a 23 ölkə, o cümlədən dünyanın ən böyük neft istehsalçıları - Rusiya və Səudiyyə Ərəbistanı daxildir. Braziliya ciddi neft istehsalçısıdır – ölkə tənzimləyicisinin məlumatına görə, hazırda ölkədə neft hasilatı sutkada 3 milyon bareldən çoxdur. 

Məlumata görə, Braziliya OPEK+-la əməkdaşlığa başlasa da, hasilatın azaldılmasına dair qərara qoşulmayacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR