İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK-yə məxsus avtomobillər Laçından Xankəndi istiqamətinə maneəsiz keçib

777 07.01.2023 18:42 Qarabağ xəbərləri A A

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, ümumilikdə 4 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.

Eyni zamanda Rusiya sülhməramlılarına məxsus "KamAZ" markalı maşın da avtomobil karvanı ilə birgə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR