İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK-dən Qəzza ilə bağlı TƏCİLİ AÇIQLAMA - Bütün işçilər...

805 28.10.2023 08:12 Dünya A A

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Fələstin bölməsi Qəzza zolağındakı bütün nümayəndələr, tərəfdaşlar və yardım işçiləri ilə əlaqəni itirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilat "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qəzzada narahatlıq doğuran vəziyyət var. Biz bölgədəki komandalarımızla bütün əlaqəmizi itirmişik", - məlumatda deyilir.

BQXK-nın Fələstin bölməsi həmçinin bildirib ki, ərazidə stasionar, mobil və internet rabitəsi kəsilib, bu, təcili tibbi yardım da daxil olmaqla, əsas xidmətlərə ciddi təsir edib.

Qeyd edək ki, bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında işçiləri ilə əlaqənin kəsilməsi barədə məlumat verib. Hər iki təşkilat bölgədəki bütün mülki şəxslərin dərhal müdafiəsinə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR