İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK avtomobilləri Laçın sərhəd-buraxılış məntəqəsindən keçdilər - VİDEO

718 18.05.2023 17:31 Qarabağ xəbərləri A A

Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəmizdən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobil karvanı keçib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Avtomobillərin sərhədi keçməsi mütəşəkkil və nizam-intizamla, qarşılıqlı nəzakət mühitində baş tutub.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR