İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrelldən Şuşadakı Türk Zirvəsinə SENSASİON MÜNASİBƏT: Orbanı hədəf aldı

4103 07.07.2024 12:14 Dünya A A

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Macarıstanın baş naziri Viktor Orbanın Şuşa sammitində iştirakı ilə bağlı açıqlama verib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Aİ rəsmisinin sözlərinə görə, Orban Şuşa zirvəsində Avropa İttifaqını təmsil etməyib.

"Macarıstanın baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Avropa İttifaqını təmsil etməyib.

Bundan əlavə, Avropa İttifaqı təşkilatda müşahidəçi qismində TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) legitimləşdirmə cəhdlərini pisləyir” - Borrell qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirilib və “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” imzalanıb.

Görüşə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ev sahibliyi edib. Görüşdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Musavat.com qeyd edir ki, görünür, Türklərin birliyini bir daha dünyaya göstərən Şuşa zirvəsi Avropanın səlibçi təfəkkürlü liderlərini çox qəzəbləndirib və narahat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR