İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Consonun Lvovda qarşılanması zamanı maraqlı anlar - VİDEO

1423 11.09.2023 15:17 Maraqlı A A

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson sərnişin qatarı ilə Lvova gəlib.

Musavat.com xəbər verir ki, onu Lvov Dəmir Yol Vağzalında şəhər meri Andrey Sadovıy və yüzlərlə vətəndaş qarşılayıb.

Sosial mediada yayılan görüntüdə diqqət çəkən məqam eks-nazirin çemodanını əlindən buraxmamasıdır.

Qeyd edək ki, Consona Lvov Dövlət Universiteti Fəxri doktoru adı verilib. Daha öncə isə prezident Volodimir Zelenski Boris Consonu Ukraynanın “Azadlıq” ordeni ilə təltif etmişdi.

Xatırladaq ki, Boris Conson 2018-ci il iyulun 9-da hökumət başçısı Tereza Meylə “Breksit” anlaşması ilə bağlı ziddiyyətə düşməsi səbəbindən vəzifəsindən istefa edib. Boris Conson 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Onun ata tərəfdən ulu babası türk jurnalisti Əli Kamal bəydir. Əli Kamalın əsli Türkiyənin Çankırı vilayətinin Orta rayonundandır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR