İnsanlara hürriyət, millətlərə istiqlal!

Bomba xəbərdarlıqları Fransa aeroportlarını milyonlarla ziyana salıb

360 27.10.2023 23:18 Dünya A A

Son bir həftə ərzində bomba qoyulması xəbərdarlıqlarına görə Fransa hava limanları milyonlarla avro ziyana uğrayıb.

Bu barədə Fransa Hava Limanları Assosiasiyasının rəhbəri Tomas Jouin BFMTV kanalının efirində məlumat verib: "Bomba təhdidlərinə gəlincə, hava limanının səlahiyyətliləri nəticələri hələ tam hesablayıb yekunlaşdırmayıb, çünki onlara cavab verməkdə davam edirlər - məsələn, dünən onlarla hava limanna belə xəbərdarlıq gəldi, beşi boşaldıldı. İlkin hesablamalara əsasən itkilər bir neçə milyon avro təşkil edir".

Jouinin sözlərinə görə, bu cür hadisələr təkcə maddi ziyana səbəb olmur, həm də işçilər arasında “gərginlik mühiti yaradır”: "Hazırda hava nəqliyyatında azalma görmürük, lakin geosiyasi vəziyyət həmişə sənayemizə təsir edir" .
Nəqliyyata cavabdeh nazir-nümayəndə Klément Bonun verdiyi məlumata görə, oktyabrın 18-dən 22-dək hava limanlarına 70-ə yaxın anonim bomba hədəsi gəlib. Hələlik heç bir hava limanında partlayıcı qurğu aşkar edilməyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR