İnsanlara hürriyət, millətlərə istiqlal!

BOMBA HƏYƏCANI - Sərnişin təyyarəsi təcili ENİŞ ETDİ

699 22.02.2024 13:03 Hadisə A A

ABŞ-da sərnişin təyyarəsi məcburi eniş edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Nevark Liberti Beynəlxalq Hava Limanından Los-Ancelesə uçan "United Airline" şirkətinə məxsus təyyarədə bomba həyəcanı yaşanıb.

Polisin verdiyi ilk məlumata görə, havaya qalxdıqdan 2 saat sonra təyyarənin tualetində “təyyarə partlayacaq” qeydi tapılıb.

Bunun üzərinə 202 sərnişini daşıyan təyyarə Çikaqonun "O'Hare" hava limanına təcili eniş üçün istiqamətləndirilib.

Təhlükəsizlik qüvvələri sərnişinləri təxliyə edib. Polis təyyarədə saatlarla axtarış aparsa da, heç nə tapa bilməyib.

Daha sonra təyyarə Çikaqodan yenidən Los-Anceles Beynəlxalq Hava Limanına doğru yola düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR