İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan “Qazprom”dan 400 milyon avro tələb edir

397 09.07.2024 18:05 Dünya A A

Bolqarıstanın dövlət qaz paylayıcısı “Bulgargaz” “Qazprom”a qarşı Beynəlxalq Arbitraj Məhkəməsində 400 milyon avro məbləğində təzminat tələbi ilə iddia qaldırıb. İddia 2022-ci ildə qaz tədarükünün dayandırılması ilə əlaqədar irəli sürülüb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, iddia iyulun 8-də Parisdəki Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim edilib.

May ayında “Bulgargaz” xəbərdarlıq etmişdi ki, birbaşa “Qazprom Eksport” MMC-dən təzminat almağa çalışacaq və danışıqlar nəticəsiz qalacağı təqdirdə arbitrajda iddia qaldıracaq.

2022-ci il martın 31-də prezident Vladimir Putin “Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi proseduru haqqında” fərman imzalayıb. Sənədə uyğun olaraq, sərəncamda göstərilən xarici kontragentlərə aprelin 1-dən sonra verilən boru kəməri qazına görə ödəniş yalnız rublla aparılmalıdır. Bu məqsədlə “Qazprombank” xarici alıcılar üçün “C” tipli xüsusi rubl və valyuta hesabları açır. Xarici alıcı qazı müqavilə valyutasında ödəyir, GPB onu rubla çevirir və “Qazprom”a köçürür. Bolqarıstan bu tələblə razılaşmadığına görə “Qazprom” ora qaz tədarükünü dayandırıb.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın “Uniper” şirkəti də eyni məsələ üzrə “Qazprom”a qarşı iddia qaldırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR