İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boinq” boynuna aldı – fırıldaqçılıq edib

832 08.07.2024 12:30 Dünya A A

ABŞ hökuməti “Boinq”in ölümlə nəticələnən qəzaları ilə əlaqədar Ədliyyə Departamentinin təhqiqatında fırıldaqçılıqda günahını etiraf edəcəyini və 243,6 milyon dollar cərimə ödəyəcəyini açıqladı.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Boinq”in bu cinayəti etiraf etməsi şirkəti mühakimə olunmuş cinayətkar kimi qələmə verəcək.

2018 və 2019-cu illərdə İndoneziya və Efiopiyada 346 nəfərin ölümünə səbəb olan “Boeing 737 MAX” qəzalarında “Boinq” şirkəti günahlandırılıb.

Qəzalarda həlak olanların ailələri şirkətin mühakimə olunmasını və ona daha ağır cəzaların kəsilməsini tələb edirdilər.

May ayında ABŞ Ədliyyə Departamentinin “Boinq”in ölümlə nəticələnən qəzalarla bağlı 2021-ci il müqaviləsini pozduğunu aşkar etdikdən sonra şirkət cinayət təqibinə məruz qalmışdı.

“Boinq” sözçüsü ABŞ Ədliyyə Departamenti ilə nizamlanma şərtləri ilə bağlı prinsipial razılığın əldə olunduğunu təsdiqləyib.

Müqaviləyə əsasən, “Boinq” təhlükəsizlik və uyğunluq proqramlarını gücləndirmək üçün növbəti üç il ərzində ən azı 455 milyon dollar xərcləməyi qəbul edib. Şirkətin idarə heyəti qəzalarda həlak olanların yaxınları ilə görüşməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR