İnsanlara hürriyət, millətlərə istiqlal!

Bodrumda meşə yanır

551 09.07.2024 21:33 Dünya A A

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə yanır.

"Report" xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

Bildirilib ki, 10 helikopter, 8 təyyarə, 16 su tankeri, 5 dozer, 271 şəxsi heyət yanğının söndürülməsi işinə cəlb olunub.

Bələdiyyə sədri Tamer Mandalinci yanğının baş verdiyi ərazinin sıldırımlı olması səbəbindən qurudan müdaxilənin çətin olduğunu deyib.

"Bölgə dağlıq olduğu və küləyin istiqaməti tez-tez dəyişdiyi üçün yanğın nəzarətdən çıxıb böyüməyə meyllidir. Biz yanğının qarşısını almaq üçün aktiv şəkildə işləməyə davam edirik", - o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR