İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-dən TƏCİLİ AÇIQLAMA: Qəzzada minlərlə insan basqın etdi

1715 29.10.2023 14:38 Dünya A A

Qəzza zolağında minlərlə insan Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin (UNRWA) bir neçə anbar və paylama mərkəzlərinə basqın edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, insanlar Misirdən gələn humanitar yardım anbarlarından un, ilkin tələbat malları, xüsusən də gigiyena vasitələri götürüblər.

"Üç həftəlik müharibədən və Qəzzanın sıx blokadasından sonra vətəndaşların bu addımı narahatedici əlamətdir. İnsanlar qorxur, məyus və ümidsizdirlər. Telefon və internet bağlantısının olmaması səbəbindən gərginlik və qorxu daha da artır. İnsanlar özlərini təkbaşına hiss edirlər", - deyə UNRWA-nın Qəzza məsələləri üzrə direktoru Tomas Uayt bildirib.

Qeyd olunub ki, sakinlərin Qəzza zolağının şimalından cənubuna kütləvi şəkildə hərəkəti dövlət xidmətlərinin yükünü artırıb. Agentlik iddia edir ki, bəzi ailələr 50-yə qədər qohumunu evlərində yerləşdirir.

Tomas Uayt Qəzza bazarlarında tədarükün azaldığını və Misirdən gələn humanitar yardımın kifayət etmədiyini bildirib.

Oktyabrın 29-na olan məlumata görə, humanitar yardım daşıyan 80-dən çox yük maşını Qəzzaya gəlib. Oktyabrın 28-də isə atışmalara görə anklava bir dənə də olsun yük maşını daxil olmayıb.

Uayt hesab edir ki, Qəzzaya humanitar yardım göndərilməsinin hazırkı sistemi uğursuzdur:

"Prosesin ləngiməsi, ciddi yoxlamalar, UNRWA və digər humanitar təşkilatların tələblərinə cavab verməyən təchizat, yanacaq tədarükünə qadağa sistemin uğursuzluğunun əlamətləridir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR