İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Baş Assambleyasında Gürcüstanla bağlı qətnamə qəbul edildi - Ermənistan...

938 05.06.2024 16:53 Son xəbər A A

İyunun 4-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyası çərçivəsində Gürcüstan və dünyanın müxtəlif regionlarından olan 63 ölkənin təşəbbüsü ilə “Məcburi köçkünlərin və qaçqınların statusu haqqında” adlı qətnamə qəbul edilib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Qətnamə Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin Abxaziya və Sxinvalinin işğal olunmuş rayonlarında öz evlərinə qayıtmaq hüququnu tanıyır. Qətnaməni 103 ölkə dəstəkləyib, 9 ölkə qətnamənin əleyhinə səs verib, 52 ölkə səsvermədə iştirak etməyib. Sənəd Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş rayonlarında zorla həyata keçirilən demoqrafik dəyişiklikləri pisləyir, etnik mənsubiyyətindən asılı olmayaraq məcburi köçkünlərin öz evlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmaq hüququnu, mülkiyyət hüquqlarını təsdiq edir, onların hüquq və azadlıqlarına hörmət və mühafizənin zəruriliyi vurğulanır.

“Qətnamə, həmçinin Cenevrə danışıqlarını Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş rayonlarında təhlükəsizlik və insan haqları vəziyyətinin yaxşılaşdırılması üçün səyləri gücləndirməyə çağırır ki, bu da öz növbəsində məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasına şərait yaradacaq”.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qətnamənin lehinə səs verməyən ölkələr bunlardır: Belarus, Burundi, Kuba, Şimali Koreya, Mali, Nikaraqua, Rusiya, Suriya, Zimbabve.

Bildirilir ki, Çin səsvermədə iştirak etməyib. Ermənistan isə ilk dəfə qətnaməni dəstəkləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR