İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi içdən yeyən İran ideologiyası - Qonşu dövlətin məqsədi nədir?

2741 20.07.2022 15:50 Gündəm A A

Mədəniyyət, mahnı adı altında uşaqlarımızın beyni zəhərlənir, biz isə buna göz yumuruq...

Azərbaycanın müstəqilliyini hələ də qəbullana bilməyən cənub qonşumuzun zaman-zaman ideoloji təzyiqləri ilə üz-üzə qalırıq. Hədəfdə əsasən azyaşlılar, yeniyetmələr olur.

Sosial şəbəkələrdə paylaşılan videoda bir dəstə uşağın meşəlik ərazidə ( Lerik olduğu iddia edilir) düzülərək, kiminsə “dirijorluğu ilə” “Salam fermandeh” mahnısını oxuduğu görünür.



Yada salaq ki, bundan bir neçə ay öncə Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbdən paylaşılan görüntülər sosial şəbəkələrdə böyük əks-səda yaratmışdı. Bu görüntülərdə də məktəbin riyaziyyat müəllimi Babayeva Nailə Ağaməmməd qızının dərs dediyi 6 “a” sinfində 4 şagirdə farslara məxsus olan “Salam Fermandeh!”(Salam Komandir!) mahnısını öyrətdiyi əks olunurdu.

Azərbaycan məktəblərinə ayaq açan Xameneyi...

Məlumat üçün qeyd edək ki, o zaman şagirdlərin, indi isə Lerikdəki uşaqların səsləndirdiyi ilahi mahnı 12-ci imam Məhəmməd Mehdiyə həsr olunsa da, mahnının mətnində təkrar-təkrar “Xameneyinin ordusu səni gözləyir” ifadəsi keçir.
Cəmiyyətin bu cür hadisələrə haqlı etirazı başadüşülən və anlaşılandır...

Heç şübhəsizdir ki, cənubdakı 40 milyonluq azərbaycanlı faktoru bizim lehimizə, İranın əleyhinədir.

İstər İrandakı türklər, istərsə Azərbaycanda millətçi kəsim hər zaman “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” şüarı ilə çıxış ediblər. Bu deviz əsrlərdən gələn bir arzu olaraq ürəklərdə yaşayıb və şimalla cənubun birləşməsi, vahid Azərbaycan sevgisi dilə gətirilib.

Dövlət müstəqilliyini bəyan edilməsinin 30 ili - nələr itirdik, nələr  qazandıq...

Dövlət müstəqilliyimizi əldə etdikdən bəri İran bizi özü üçün təhdid görür və bunu heç vaxt gizlətməyib. Azərbaycanın güclənməsinin Güneydə yaşayan 40 milyona yaxın Azərbaycan türkünün milli oyanışına təsirsiz ötüşməyəcəyini düşünərək hər imkanda Azərbaycana zərbə vurmağa, ölkəmizin zəifləməsinə çalışır. Təbii ki, Azərbaycanın da əlində İrana qarşı xeyli rıçaqlar var. Ancaq rəsmi Bakı heç zaman İrana qarşı ərazi iddiasında olmayıb, İranın Azərbaycana qarşı davrandığı kimi bu ölkəyə davranış sərgiləməyib. Görünür ki, İran adicə yuxarıda qeyd etdiyimiz şüardan da olduqca narahatdır və heç bir vaxt Şimali Azərbaycanın müstəqil bir dövlət kimi fəaliyyətini, uğurlarını, inkişaf və tərəqqisini həzm edə bilmir. Ona görə də müxtəlif siyasi və ideoloji oyunlarla daxildəki müəyyən kəsimin beynini yumağa çalışır. Təəssüf ki, bir çox məsələlərdən xəbərsiz olan azyaşlılar bu kimi tələlərə tez düşürlər. Onların hədəfi daha çox azyaşlılar, gənclərlə bağlıdır. Psixologiyada da sübut olunub ki, yeniyetmə və uşaqlar müxtəlif ideoloji təzyiqlərə daha tez məruz qalırlar. Onları hətta müxtəlif telefon oyunları ilə intihara, terrora da sürükləmək çox asandır. Görünür bunu yaxşı başa düşən İranın Azərbaycana ayaq açan “təbliğatçıları” elə hədəf kütlələrini də məqsədli şəkildə seçirlər. Ona görə də övladlarımızı qorumaq bizim həm onlar, həm də vətən qarşısındakı borcumuzdur.

Vətən demişkən, İranın Azərbaycana qarşı açıq qərəzi 44 günlük Vətən savaşından sonra daha da artıb. Tehranı ən çox qıcıqlandıran məsələlərdən biri də 44 günlük Qarabağ savaşının gedişinə təsir edə bilməməsi ilə bağlıdır.

indir.jpg (67 KB)

44 günlük Vətən savaşında İranın Ermənistana dəstəyi isə sosial şəbəkələrdə, xarici mediadan açıq şəkildə sezildi. Rəsmi Tehran hər nə qədər də bu faktları ört-basdır etməyə çalışsa da müharibə vaxtı İrandan Ermənistana və o cümlədən də separatçı rejimə gedən silah-sursat dolu maşın karvanlarının hər birimiz şahidiyik.

Halbuki, Azərbaycanın torpaqları işğal altında olduğu 30 il ərzində İran Ermənistana qarşı ciddi təzyiq göstərmədi, əksinə, əlindən gələn yardımı əsirgəmədi. Özü də hansı Ermənistana - Qarabağda məscidlərdə donuz saxlayan, Allahın evini darmadağın edən murdarlayan Ermənistana…

Çelyabinsk məscidinin imamı Ağdamdakı erməni vəhşiliyini ifşa etdiyi üçün  məhkəməyə verildi - Press.az

Heç indi də vəziyyət dəyişməyib. Ötən həftələrdə İranın Təhlükəsizlik katibi Əli Şamxaninin İrəvana səfərini və orada baş verənləri unutmamışıq. Şamxani İrəvana gələrkən jurnalistlərə demişdi ki, İran regionun geosiyasətində dəyişikliyə səbəb olan istənilən addımın əleyhinədir. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüz etdiyi dönəmlərdə bu sözlər İran yetkililərinin yadına düşmədi...

Azərbaycan dövləti hər bir şeyi nəzarətində saxlayır və lazım olduğu təqdirdə cavab da verməyi yaxşı bilir.

Müzəffər Ali Baş Komandanın Araz çayı sahilində dediyi bir fikri bir daha yada salaq.

Azərbaycanın işlərinə burnunuzu soxmayın! - İlham Əliyevin İrana kəskin  cavabı

SİTAT: "Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq", - İlham Əliyev deyib.

*

Bu gün bizə adi görünən müxtəlif dini mərasimlər, orada səslənən cümlələr əslində, böyük problemlərə yol aça bilər.


Təsadüfi deyil ki, 1993-cü ildən başlayaraq, Azərbaycan xüsusi xidmət orqanları bir neçə dəfə zərərsizləşdirdikləri terrorçuların istintaqını apararkən, İran Mədəniyyət Mərkəzinin və onun rəhbəri Əliəkbər Ocaqnejadın izinə çıxıblar. 1993-cü ildə Ocaqnejad dövlət təhlükəsizlik prinsiplərinə zidd fəaliyyətlə məşğul olduğuna, "Təzəpir" məscidində panislamizm təbliğatı apardığına görə nəzarətə götürülmüş, xəbərdarlıq almışdı. Bənzər hadisə 2011-ci ildə də yaşanıb. Həmin ilin avqust ayında Azərbaycan hüquq mühafizə orqanları "ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqla xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə təqsirli bilinən bir neçə şəxsin saxlanılması" barədə bəyanat yayıblar.

Xameneyinin Azərbaycandakı nümayəndəsi: Ocaqnejad kimdir? - Şok iddia -  Alp.Az

Həmin bəyanatda da işin tərəfdarlarından biri kimi İran Mədəniyyət Mərkəzi və onun rəhbəri Əliəkbər Ocaqnejadın adı keçir.

İndi də bizim bildiyimiz və bilmədiyimiz mərkəzlər öz fəaliyyətlərinə davam edirlər. Bundan qorunmaq isə yuxarıda da qeyd etdiyimiz kimi, həm də vətəni qorumaqdır...

Yekunda onu da qeyd edək ki, son günlər İranda Urmiya gölü ilə bağlı problemli məsələ yenidən gündəmə gəlib. İllərdir ki, Urmiya gölünün qurudulması ilə bağlı məsələ fəallar tərəfindən gündəmə gətirilir, aksiyalar keçirilir, ancaq bir faydası yoxdur.

Ötən həftə də Urmiya gölünün qurumasının qarşısının alınması üçün yetərli həssaslıq göstərilmədiyini bildirən yüzlərlə insan Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində aksiya keçirib.

Parlament Urmiya gölünün öldürülməsini əmr edir!” - İRANDA ETİRAZLAR  BAŞLADI - Press Klub

Aksiya iştirakçıları “Urmiya gölü susuzdur!”, “Parlament Urmiya gölünün öldürülməsini əmr edir!” şüarları səsləndiriblər. Aksiya ilə əlaqədar təhlükəsizlik qüvvələrinin səfərbər edilməsi diqqət çəkib.

Onu da bildirək ki, 2003-cü ildən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildən tamamilə quruma təhlükəsi ilə üzləşib. Hazırda gölün 95 faizinin quruduğu bildirilir.

Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdikləri Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir.

İran isə bu məsələdə tükünü də tərpətmək fikrində deyil. İran rəhbərliyi açıqlamalarında Azərbaycan dövlətini özlərinə dost-qardaş hesab etdiklərini deyirlər. Əgər belədirsə, bunu sözdə deyil, əməllərində də göstərsinlər.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR