İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz və ermənilər - Fərq BU VİDEODA

2801 13.04.2023 17:58 Gündəm A A

Ermənilərin əsir düşən əsgərimiz Hüseyn Axundovu vəhşicəsinə döyməsi və bu kadrları sosial şəbəkələr vasitəsilə yayması gündəmin əsas mövzusudur. 

Musavat.com ermənilərlə azərbaycanlıların fərqini göstərən videogörüntüləri təqdim edir.

İndi özünüz baxın, yaralı erməninin yaralarını sarıyan azərbaycanlı hərbçi, digər yanda isə əli-qolu bağlı azərbaycanlı hərbçiyə qarşı vəhşi davranışlar. Tərəzinin gözündə hansı ağırlıq təşkil edir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Bu barədə Azərbaycan MN rəsmi məlumat yaymışdı.

Erməni mediasında yayılan xəbərdə qeyd edilirdi ki, onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı. Digəri isə bu gün saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR