İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitkoinin qiyməti 3 ildən sonra yenidən 53 min dolları keçdi

475 26.02.2024 21:32 İqtisadiyyat A A

Dünyanın ən bahalı kriptovalyutası olan Bitkoinin dəyəri 53 min dolları keçib.

Coindesk platformasının məlumatına görə, bu gün axşam saatlarında ticarət sessiyası zamanı bitkoinin dəyəri 3,58 faiz artaraq 53,38 dollar olub.

Bitkoinin qiyməti sonuncu dəfə 3 dekabr 2021-ci ildə 53 min dollardan yuxarı qalxmışdı.

Bitcoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən “minalana” (verilə bilər). Bunun üçün yeni sistem blokları yaratmalısınız.

Konsepsiya 2008-ci ilin noyabrında Satoshi Nakamoto təxəllüslü müəllif (ehtimal ki, müəlliflər qrupu) tərəfindən dövriyyəyə buraxılıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR