İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir qatilin etirafı" filmi təqdim olundu - Fotolar

978 08.02.2023 22:16 Mədəniyyət A A

Fevralın 8-də 28 Mall Cinema Plus kinoteatrında “Bir qatilin etirafı" filminin təqdimatı keçirilib.

Musavat.com bildirir ki, təqdimatda millət vəkilləri, tanınmış həkimlər, ictimaiyyət nümayəndələri, media mənsubları iştirak edib.

Qeyd edək ki, MEDİ-ART Psixi Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə hazırlanan film hər 6 saniyədə dünyada 1 nəfərin ölümünə fərman verən qatildən-siqaretin zərərlərindən bəhs edir.

MEDİ-ART Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Tibb Elmləri Doktoru, psixiatr narkoloq, psixoterapevt Araz Əliquliyevin sözlərinə görə, film 9 fevral - Ümumdünya Siqaretdən İmtina Günü ərəfəsində təqdim olunsa da, bu dəhşətli bəla ilə ilin 365 günü mübarizə aparmaq zəruridir. Bu sahədə təşviqat işlərini gücləndirmək, azyaşlıların siqaretə mübtəla olmaması üçün məktəblərdə təbliğatı maksimal gücləndirmək lazımdır.

“Bir qatilin etirafı” qısametrajlı filmin anti-qəhrəmanı cəlbedici qız obrazında olan siqaretdir. Film boyu bir gəncin beynini dumanlandıran, onu hər vasitə ilə cəngindən buraxmamağa çalışan bu qatil sonda məqsədinə çatır. Filmin sloqanında da cərəyan edən hadisələrə, süjet xəttinə uyğun olaraq, seçilib: "Siqaret deyil, asılılıq öldürür!”. Filmin baş prodüseri, aparıcı Firuzə Cəlilovanın sözləri ilə desək, “Əgər sən asılılıqlara meyllisənsə, o zaman siqaret olmasa belə, həyatında başqa kabus tapacaqsan.”

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR