İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gündə iki ŞOK: öncə zəlzələ, sonra növbədənkənar prezident seçkiləri - Kamran Həsənli DANIŞIR

961 07.12.2023 16:14 Son xəbər A A

Bu gün səhər saatlarında baş verən zəlzələ 50 saniyə davam edib. bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, zəlzələdən sonra 5 afterşok qeydə alınıb.

Bu gün eyni zamanda günün ikinci zəlzələsi isə “siyasi xarakterli” oldu. Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamla 2024-cü ilin 7 fevralına növbədənkənar prezident seçkisi təyin etməsi əslində günün ikinci və daha ciddi “zəlzələsidir”.

Azərbaycanda son prezident seçkiləri 2018-ci ilin 11 aprelində baş tutmuşdu. Həmin vaxt da prezident seçkiləri növbədənkənar idi. Belə ki, seçkilər 2018-ci ilin oktyabrında keçirilməli idi, ancaq Prezidentin 5 fevralda imzaladığı sərəncamla seçkilər 6 ay qabağa çəkildi.

Bu, ölkəmizdə vaxtından əvvəl – növbədənkənar keçirilən ilk seçki kimi tarixə düşmüşdü.

11 aprel 2018-ci ildə Prezident İlham Əliyev seçkilərdə qalib gəlmişdi. Konstitusiya dəyişikliyi ilə prezidentlik müddəti 7 ilə qaldırıldığından, növbəti prezident seçkiləri 2025-ci ilin aprelində olmalı idi.

Prezidentin bugünkü sərəncamı ilə isə seçkilər 1 il 2 ay müddətinə qabağa çəkildi.

Əslində, bu ilin ikinci yarısından başlayaraq, 2024-cü ildə növbədənkənar seçkilərin keçiriləcəyi haqda məlumat yayılmışdı. Millət vəkili Erkin Qədirli 2024-cü ildə MSK-ya ayrılan vəsaitin birdən-birə artırılmasını əsas gətirərək, bunun mütləq şəkildə seçki ilə bağlı olacağını bildirmişdi.

Ancaq bütün gözləntilər növbədənkənar parlament seçkiləri ilə bağlı idi. Belə ki, növbədənkənar parlament seçkiləri ilə İkinci Qarabağ müharibəsindən, xüsusilə 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra tam şəkildə bütün ərazisi üzərində suverenliyini bərpa edən

Azərbaycanın yeni dövrün tələbinə uyğun parlament formalaşdırmağa qərar verəcəyi gözlənilirdi.

Ancaq proqnozlara zidd olaraq, prezident seçkilərin qabağa çəkildi.

Bu gün ölkə gündəmində baş verən hadisələr və onun pərdə arxası məqamlar saat 16.00-da aparıcı Kamran Həsənlinin müəllifliyində müzakirə olunacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR