İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir az fiziki fəaliyyət belə insultun qarşısını almağa kömək edir - alimlər

470 08.03.2024 11:30 Dünya A A

İtaliyanın L'Aquila Universitetinin alimlərinin son araşdırmasının nəticələri insultun qarşısının alınmasına yönəlib.

Musavat.com xarici mediaya istinadla xəbər vəbər verir ki, alimlər ümumilikdə 752 050 yetkin şəxsin iştirak etdiyi 15 sorğunun nəticələrini təhlil ediblər, onların səhhəti orta hesabla 10,5 il ərzində izlənilib.

Hər bir insana həftədə 150 dəqiqədən çox orta fiziki fəaliyyət və ya 75 dəqiqədən çox intensiv fiziki fəaliyyət lazımdır - bunlar ÜST-ün tövsiyələridir.

Bununla belə, alimlərin araşdırması göstərib ki, fiziki fəaliyyətin tam olmaması ilə müqayisədə hətta yüngül idman insult riskini 18%, intensiv idman isə insult riskini 29% azaldır.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, hətta ləng yerimə, pilləkənlərə qalxma və yavaş velosiped sürmə kimi yüngül fiziki fəaliyyət belə uzun müddətdə insultun qarşısını almağa kömək edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR