İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir aydan sonra "Yeni klinika"da yeniliklər olacaq

2127 21.09.2022 14:34 Səhiyyə A A

"Yeni klinika"da bir aydan sonra bütün vətəndaşlara tibb xidmətlər göstəriləcək".

Musavat.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, "Yeni klinika"da poliklinika şöbəsi tam fəaliyyətdədir:

"Hazırda bir sıra əməliyyatlar da həyata keçirilir. Bir aydan sonra "Yeni klinika"da bütün vətəndaşalara tibb xidmətləri göstəriləcək. Yeni klinika artıq təkcə koronavirus xəstələrinin müalicəsinə deyil, digər sahələr üzrə də xidmət göstərəcək. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir".

O əlavə edib ki, bu klinikada Azərbaycanda mövcud olmayan və bu günə qədər həyata keçirilməyən bir sıra əməliyyatlar icra olunacaq:

"Qısa müddətdə robotik cərrahiyyə həyata keçiriləcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR