İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir adam yol gedir bizdən qabaqda" - Sabir Rüstəmxanlı - 77

936 20.05.2023 10:30 Mədəniyyət A A

Bu gün Azərbaycanın son 40 illik ədəbi, ictimai, siyasi tarixinin ən parlaq simalarından biri olan Sabir Rüstəmxanlının doğum günüdür.

Musavat.com xəbər verir ki, görkəmli şairimiz 77 yaşı tamam olur.

Xalqımız Sabir Rüstəmxanlını lap gənc yaşlarından şair kimi tanıyıb. Sonra o, publisist kimi boy göstərib, olduqca populyar olan "Ömür kitabı"nı yazıb. Daha sonra S.Rüstəmxanlı milli-azadlıq hərəkatının liderlərindən biri olub, ilk müstəqil qəzetlərdən birinə - "Azərbaycan"a rəhbərlik edib.

S.Rüstəmxanlının həyatının ictimai-siyasi xadim mərhələsi də elə o vaxtlar başlayıb. O, bir neçə dəfə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilib, mətbuat və informasiya naziri vəzifəsində çalışıb.

Sabir Rüstəmxanlı zəngin ictimai-siyasi fəaliyyəti ərzində daima mərkəzçi mövqeyini qoruyub saxlayıb,qarşıduran siyasi qüvvələr arasında körpü rolunu oynamağa çalışıb, həmişə barışdırıcı mövqe tutub.

Vətəndaş Həmrəyliyi Partiyası da Sabir Rüstəmxanlını təbrik edib. "Bir adam yol gedir bizdən qabaqda" başlığı altında dərc olunan məqalədə Sabir Rüstəmxanlının keçdiyi ömür yolundan bəhs edilir. 

Sabir Rüstəmxanlı şəhidin məzarını abadlaşdıracaq Yeni Sabah

Sabir Rüstəmxanlının bioqrafiyası

Sabir Rüstəmxanlı) 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib.1974-1975-ci illərdə ordu sıralarında xidmət edib. Bu sırada elmi işlə də məşğul olub. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. S.Rüstəmxanlı 1976-cı ildə "Molla Nəsrəddin" və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru olub. 1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilin 24 noybrınadək Milli Məclisin deputatı olub. 9 fevral 2020-ci ildə Milli Məclisə yenidən deputat seçilib.

SABİR RÜSTƏMXANLI: "Dünya Azərbaycanlıları Universitetinin yaradılması bu  günün tələbidir" » tv713.az

Yaradıcılığı

Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilib. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırıb. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülüb.

"Yeni Müsavat" Media Qrupu da 77 yaşı münasibətilə görkəmli şairimiz, ictimai-siyasi xadimimiz Sabir Rüstəmxanlını təbrik edir, ona yaradıcılıq uğurları, ictimai-siyasi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR