"Hər bir dron, hər bir raket xüsusi trayektoriya alır, xüsusi şəkildə idarə olunur və öz təyinat yerinə, nöqtəsinə ünvanlanır".
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində professor Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, müasir texnologiyalar zərgər dəqiqliyi ilə işləyir və dronların kor-koranə buraxılması barədə deyilənlər həqiqəti əks etdirmir: "O yalandır, heç bir belə deyək də kor-koranə belə deyək də hansısa bir dronu buraxırlar 'get Ukrayna ərazisində hara düşürsən düş'. Belə şeylər yoxdur. Yalandır, bunların hamısı yalandır. Siz əgər hərbçiləri soursanız, o dəqiqliyi ilə sizə deyərlər ki, bu təmiz yalandır, ağ yalandır. Və bunlar bilirsiz necədir? Hər bir addımda kiminsə ürəyini bulandırmaq, kiməsə bir badalaq gəlmək, kiməsə bir nəsə bir pislik eləmək bu onların siyasətində bir...".
O, qeyd edib ki, Azərbaycanın Ukrayna-Rusiya müharibəsindəki mövqeyi qarşı tərəfdə həzm olunmur və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin vurulması məqsədyönlü addımdır: "Təbii, təbii. Bizim Ukrayna-Rusiya müharibəsindəki mövqeyimizi bunlar həzm edə bilmirlər. Prezident nə dedi? Azərbaycan prezidenti Ukrayna jurnalistinin sualına 'işğalla barışmırıq'. İşğalla barışmırıq! Bax barışmadılar. İndi Krım işğaldan azad olunmağın bir addımlığında, Ukraynanın şərqi işğaldan azad olunmağın bir addımlığında. Yəni bu işğalla barışmamaq bax bu deməkdir. Və bizim prezident elədi. Biz özümüz yaşamışıq işğal problemini. Biz barışmadıq və sonunda qalib gəldik. Yəni bu bir nümunədir - siz də barışmayın! Bax belədir. Yəni bunu indi artıq o Ukraynadakı bloggerlər tez-tez dillərində səsləndirirlər bu yeri gəldikcə səsləndirilir. Rusiya bilir də Azərbaycanın mövqeyini, o həzm edə bilmir bu müharibəyə. Yəni həm də yardım edirik, kömək eləyirik, humanitar yardım eləyirik, müəyyən dəstəklər veririk - bunların hamısını görürlər. Bax bu yanacaq SOCAR-ın yanacaqdoldurma məntəqəsinin vurulması ona görə deyirəm - sıradan bir məsələ deyil. Bunlar təbii ki, min bir yalan danışıb deyəcəklər 'əşşi kütləvi hücumdur, orada biri də gedib indi yolunu azıb gedib də bura'. Belə bir şey yoxdur. Yalandır deyirlər. Onu məqsədyönlü şəkildə vurublar. Yəni bizim Ukraynaya qarşı isti münasibətimizin hər hansı bir formada cavabı kimi bunu dəyərləndirirəm".
Professor iki ölkə arasındakı münasibətlərin pərdəarxası məqamlarına da toxunaraq, bu əlaqələrdə heç vaxt səmimiyyətin olmadığını vurğulayıb: "İndi mən sizə deyim, heç vaxt bu münasibətlər nə qədər isti görünübsə də nə vaxtsa... onun arxasında heç vaxt səmimiyyət olmayıbdır. Tam səmimi deyək də bu tamaşaçılarımız üçün. Rusiya ilə bizim münasibətlərimizdə nə qədər bir isti bir məqamlar olubsa da yenə arxada səmimiyyət olmayıb, yenə də Ermənistanı bizdən daha üstün tutublar, Gürcüstanı bizdən daha üstün tutublar. Yəni burda bir həm də bir İslam faktoru var təbii ki. Bunlar hamısı amillərdir, bunlar hamısı o ikili standart, ikili baxışların kökündə dayanan məqamlardır. Biz bunlarla yoldaş ola bilərik, bunlarla dost ola bilmərik".
Musavat.com






