İnsanlara hürriyət, millətlərə istiqlal!

Biber hindistanlı milyarderlər üçün astronomik qonorar müqabilində oxudu VİDEO

971 07.07.2024 23:16 Dünya A A

Məşhur pop-ulduz Castin Biber Hindistanın Mumbay şəhərində keçirilən milyarderlərin toy mərasimində çıxış edərək, 10 milyon dollar qazanıb.

Kanada əsilli 30 yaşlı müğənni, Hindistanın ən varlı iş adamlarından biri olan Mukeş Ambaninin oğlu Anant Ambani ilə milyarder Viren Merçantın qızı Radhika Merçantın nikah mərasiminə qatılıb. Biber cütlüyün toy öncəsi "sangeet" adlanan ənənəvi Hind mərasimində konsert verib.

Qeyd edək ki, tarixin ən dəbdəbəli toyu hesab edilən mərasimin mart ayında keçirilən tədbirində məşhur müğənni Rihanna saat yarımlıq konsertə görə 6.3 milyon dollar qonorar almışdı.

Xatırladaq ki, martın 1-3-nə kimi Asiyanın ən varlı adamlarından biri olan Mukeş Ambani oğlu üçün toy mərasimi keçirib. Tədbirdə dünyanın ən zəngin və məşhur adamları olublar. Sərvəti 117 milyard dollar qiymətləndirilən Mukeş Ambani oğlu Anant Ambaninin həmin vaxt keçirdiyi xeyir işinə 150 ​​milyon dollardan çox pul xərcləmişdi. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR