İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq səyyahlar İstisuda - Fotolar

1459 05.02.2023 10:47 Qarabağ xəbərləri A A

Beynəlxalq səyyahlar Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

Səyyahlara İstisu və işğal dövründə Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib.

Beynəlxalq səyyahlar daha sonra Laçına səfər edəcək.

***

Beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, 12 ölkə - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisu ilə tanış olacaqlar.

Qonaqlar ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin ötən gündə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

63df446a78af063df446a78af1167557642663df446a78aee63df446a78aef.jpg (161 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR