İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq qalmaqal: Avropol rəhbərlərinin şəxsi işləri yoxa çıxıb

669 27.03.2024 13:33 Dünya A A


Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru Ketrin de Bolle və onun üç müavininin şəxsi sənədləri təşkilatın Haaqadakı mənzil-qərargahından yoxa çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
“Avropolun hüquq-mühafizə orqanı kimi rolunu nəzərə alsaq, işçi sənədlərinin yoxa çıxması təhlükəsizlik qaydalarının pozulması ciddi insident sayılır”, – deyə xəbərdə qeyd edilir.

Europol rəsmilərinin bildirdiyinə görə, itkin düşən nüsxələrin bəzilərini sonradan Haaqa sakini “ictimai yerdə” tapıb və onları polis idarəsinə gətirib. Lakin onların nə vaxt yoxa çıxdıqları və nə üçün qurumdan götürüldükləri bəlli deyil. Haaqa polisinin sözçüsü Stiven van Santenin sözlərinə görə, “Hollandiya hüquq-mühafizə orqanları Avropolun apardığı daxili təhqiqatla bağlı bəzi işlərdə iştirak edib”.

Hadisədən sonra agentliyin insan resursları departamentinin rəhbəri Massimiliano Bettina vəzifəsindən kənarlaşdırılaraq inzibati məzuniyyətə göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR