İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər tarixində İLK! Yer kürəsini gözləyən təhlükənin qarşısı BU ÜSULLA ALINDI - VİDEO

1981 27.09.2022 18:59 Dünya A A

NASA-nın DART missiyası çərçivəsində kosmosa göndərilən gəmi asteroidə çırpılıb, zərbə anının görüntüləri yayılıb...

NASA Yerə mümkün asteroid təhlükəsini aradan qaldırmaq üçün İkiqat Asteroid Yönləndirmə Testi (Double Asteroid Redirection Test - DART) sınaqdan keçirib. İkiqat Asteroid Yönləndirmə Testi asteroidin trayektoriyasını dəyişmək üçün kinetik təsir texnikasının sınağını uğurla tamamlayıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, kosmik gəmi Dimorfos asteroidinə çırpılıb. Diametri 160 metr olan Dimorfos asteroidi Yer kürəsindən 11 milyon km məsafədə yerləşir.

NASA bəyan edib ki, Dimorfos artıq planetimiz üçün təhlükə yaratmır və bu toqquşma asteroidin Yerə tərəf yönəlməsinin qarşısını alır.

DART-dakı kamera asteroidə çırpılana qədər hər saniyə bir fotoşəkil göndərib, lakin kosmik gəminin zərbə anında məhv olmasında sonra görüntülər gəlməyib.

Mütəxəssislər səma araşdırmaları və statistik analizlər sayəsində, Yerə düşsələr, bütün canlıları məhv edə biləcək gücdə olan asteroidlərin 95 faizinin aşkar edildiyini və heç bir təhlükə yaratmadıqlarını bildirirlər.

Lakin bəşəriyyətə böyük təsir göstərə biləcək daha kiçik, hələ aşkar edilməmiş asteroidlər ola bilər. Əgər Dimorfos kimi asteroid Yerə dəysə, zərbə kifayət qədər böyük olar və diametri 1 kilometr, dərinliyi yüzlərlə metr olan krater yarana bilər.

DÜNYA BUNA HAZIRDIRMI?

Asteroid Yerə dəyəcəyi təqdirdə, elm adamları mümkün fövqəladə vəziyyəti müzakirə ediblər və bu obyekti dayandırmaq üçün nə edilə biləcəyinə dair planlar hazırlayıblar.

Tədqiqatda iştirak edən komanda hipotetik asteroidin təsir ssenarisini “2021 PDC” adlandırıb. Bu ssenariyə görə, planetimizdən 56 milyon kilometr uzaqlıqda olan asteroid 6 ay ərzində Yerə çırpıla bilər.

Alimlər belə vəziyyətdə asteroidin böyük nüvə partlayışı effekti yaradacağı və dəhşətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq ediblər.

Əlimizdə olan texnologiya ilə belə bir vəziyyətə qarşı təsirsiz olduğumuzu vurğulayan komanda, yeganə həll yolunun toqquşma zonasını erkən boşaltmamaq olduğunu bildirdi.

Bu, on milyonlarla insanın evlərini, hətta ölkələrini tərk etməsi deməkdir, başqa sözlə, planetimizdə ən böyük qaçqın böhranı deməkdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR