İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsəd: "Rusiya və Suriya 40 investisiya layihəsi planlaşdırır"

369 16.03.2023 14:25 Son xəbər A A

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Rusiya Federasiyası və Suriya enerji, sənaye, nəqliyyat, mənzil tikintisi sahələrində 40 investisiya layihəsi planlaşdırır.

Musavat.com RİA Novosti-yə istinadla yazır ki, Əsədin sözlərinə görə, birgə (Rusiya-Suriya - red.) komissiyanın son iclasında investisiya layihələri ilə yanaşı, imzalanacaq saziş də diqqət mərkəzində olub.

“Bu, enerji, elektrik enerjisi, neft, nəqliyyat, mənzil tikintisi, sənaye ilə bağlı sahələr və bir çox digər sahələr üzrə, lakin dəqiq müəyyən edilmiş layihələrlə 40 konkret investisiya layihəsinə aiddir”, - deyə prezident vurğulayıb.

Suriya rəhbəri qeyd edib ki, əvvəlki görüşlər o qədər də məhsuldar olmayıb. Onun sözlərinə görə, ölkələr münasibətlərdə yeni mərhələyə çatıb.

Bundan əvvəl Əsəd Suriya hakimiyyətinin ölkədəki Rusiya hərbi mövcudluğunun genişləndirilməsi ideyasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası Suriyadakı bazalarını genişləndirmək və ya onların sayını artırmaq istəsə, bu, “texniki və ya logistik xarakterli” məsələ olacaq.

Xatırladaq ki, martın 14-də Suriya prezidenti Moskvaya rəsmi səfərə gəlib. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, tərəflər iki formatda danışıqlar aparıb: nazirlərin və nümayəndə heyətlərinin iştirakı ilə, sonra isə üzbəüz.

Məlumat verilib ki, dövlət başçıları siyasi və iqtisadi məsələlərin geniş spektrini - ikitərəfli münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığı və beynəlxalq və regional arenada baş verən son hadisələri müzakirə ediblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR