İnsanlara hürriyət, millətlərə istiqlal!

Berdiməhəmmədov Ərdoğana görün nə hədiyyə etdi - VİDEO

1921 01.03.2024 14:54 Region A A

Prezident Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumu üçün Türkiyədə səfərdə olan Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə Antalyada görüşüb.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Türkmənistan arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər müzakirə edilib.

Türkiyə lideri iki ölkə arasında ticarət həcminin 5 milyard dollar səviyyəsinə çatması üçün səylərin artırılması lazım olduğunu bildirib. O, Türkiyə ilə Türkmənistanın Qəzzaya göndərilən humanitar yardımların artırılması üçün əməkdaşlıq edə biləcəyini qeyd edib.

Türkiyə ilə Türkmənistan arasında "Təbii Qaz Sahəsində Əməkdaşlığın İnkişafına dair Anlaşma Memorandumu", "Neft və Təbii Qaz Yataqlarında Əməkdaşlığa dair Niyyət Bəyannaməsi" imzalanıb.

Görüşdən əvvəl prezident Ərdoğana ad günü münasibətilə Türkmənistan tərəfindən "Türkmən xalqının fəxri ağsaqqalı" adı verilib və ona kaftan hədiyyə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR