İnsanlara hürriyət, millətlərə istiqlal!

Beqlaryanın Şuşa kilsəsində kəsilən kəbini, yoxa çıxan Təpəbaşı məhəlləsi

2588 05.07.2022 18:05 Yazarlar A A

Ermənilər, üzr istəyirik, yenə tumanlarını başlarına atıblar. Budəfəki ağlaşmanın səbəbi Şuşada özlərinin uydurma adla - “Ovannes Mkric” adlandırdıqları kilsənin guya “darmadağın edilməsi” ilə bağlıdır. “Darmadağın” nə demək? Hayların iddiasına görə, Azərbaycan təmir adı ilə həmin kiləsini pravoslav məbədinə çevirib.

Əlbəttə ki, ermənilərin söylədiklərində həqiqət payını bilmək üçün onların yalanlarını sadəcə, “–1”-ə (mənfi 1-ə) vurmaq kifayətdir. Yəni əgər onlar çar çəkirlərsə ki, Azərbaycan erməni kilsəsini pravoslav kilsəsinə və ya alban məbədinə çevirib, deməli, bunlar elə tarixi pravoslav və alban abidələridir ki var.

O üzdən nə qədər çığır-bağır salır, salsınlar. Xeyri olmayacaq.

f6ff8f06-b073-47be-9c7a-3b065200f87f.jpg (129 KB)

Daha bir səbəbə: əgər mənfur tayfa Şuşada, digər işğal altındakı ərazilərimizdə onlara aid olmayan dini-mədəni abidələrin görkəmini sırf xəbis niyyətlə, üstündə olduqları torpaqların guya onlara məxsusluğunu “sübut eləmək” naminə dəyişiblərsə, Azərbaycan sırf tarixi arxiv sənədləri, üstəlik, həm də mötəbər xarici mənbələrdəki arxiv sənədləri (!) əsasında onları yalnızca öz əzəli görkəminə qaytarmaqla, tarixi ədaləti bərpa eləməklə məşğuldur. Başqa heç bir niyyət yox...

Qayıdaq mövzuya. Gələn xəbərlərə görə, Şuşadakı həmin kilsə ilə bağlı haqqın öz yerini tutması Artak Beqlaryana lap çox yer edib. Söhbət mövcud olmayan “artsax” dövlətinin komik “dövlət naziri”ndən gedir. Sən demə, 2017-ci ildə həmin kilsədə bu ikiayaqlı məxluqun kəbini kəsilibmiş. Bunu da özü bildirib. Ardınca isə başında ermənipərəst fransızın (Odri Azulay) durduğu, mənzil-qərargahı Parisdə yerləşən və siyasiləşmiş YUNESKO-nu köməyə çağırıb. Təşkilatdan Şuşaya gedib faktı yerində qeydə almağı və “Azərbaycanı cəzalandırmağı” tələb edib.

Ay-hay. Hələ də xam xəyallarla yaşayır bu özünü “ən qədim”, “ən mədəni” sayan, fəqət gerçəkdə vandal və vəhşi qövm!..

Əvvəla, kimdir onları Şuşaya buraxan? Öncə getsinlər Ermənistanda – qədim türk yurdunda köklü azərbaycanlı əhalinin yer üzündən silinmiş maddi-mədəni-dini irsi ilə maraqlansınlar. Nə barədə ki, Bakı illərdir YUNESKO-ya müraciət və xahiş edir. Gəl ki, daşdan səs çıxır, ondan çıxmır...

041f8fa2-adcb-4365-be0f-57522cb3924b.jpg (78 KB)

Yeri gəlmişkən, tar-mar edilən maddi-mədəni irsimizin nümunələrindən biri də İrəvanın Təpəbaşı məhəlləsidir. Məsələ ilə bağlı bu gün YUNESKO-ya çağırış da edilib. Azərbaycanın bir qrup alimi və ictimaiyyət nümayəndələri İrəvanda, o cümlədən Təpəbaşı məhəlləsində Azərbaycan xalqının milli, mədəni, tarixi irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilən mədəni soyqırımı prosesi ilə bağlı YUNESKO-nun baş direktoru Odri Azuleyə müraciət ünvanlayıblar.

Həmçinin, Təpəbaşı abidələrinin bazası yaradılıb. Tarixçi alim Səbuhi Hüseynovun sözlərinə görə, bundan ötrü Azərbaycan Milli Arxivinin sənədlərindən, ölkənin Dövlət Tarix Arxivlərindən, ABŞ Konqres Kitabxanasının nadir əlyazmalar kolleksiyasından, Türkiyə Osmanlı Arxivlərindən, Rusiya Dövlət Arxivlərindən, habelə Ermənistan arxivlərindən götürülmüş, üçüncü ölkələrdə saxlanılan mikrofilmlərdən istifadə edilib. Yəni, erməni iddialarının söykəndiyi saxta və uydurma mənbələrdən fərqli olaraq, tam mötəbər və səhih bir baza!

Elə isə YUNESKO Ermənistana, İrəvana nümayəndə heyəti göndərəcəkmi? Gedib orada “kiçik bacı” ermənilərin əslində nə qədər yaramaz, vəhşi bir qəbilənin mənsubları olduğuna əmin olacaqlarmı? Ən əsası, gördüklərini sənədləşdirəcəklərmi?

Bax, buna cürətləri çatsa, onda Şuşaya da gələ bilərlər. Gəlib digər tarixi yurd yerlərimizdə yüz ildən çoxdur himayə elədikləri bir millətin digər cinayətlərinə şahidlik edərlər.

Hərçənd Azərbaycan dövləti YUNESKO-nu istər işğal dövründə, itərsə də ondan sonra dəfələrlə (!) həmin ərazilərdə mədəni-tarixi-dini irsimizin başına gətirilənlərlə maraqlanmağa, daha dəqiqi, öz missiyasını yerinə yetirməyə səsləyib. Amma çifayda? “Yük hələ də köhnə yerində” qalır. Səbəb?

Səbəb çoxdan ortada və hamıya “diş ağardır” – xristian təəssübkeşliyi!..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR