İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin və dizelin satış qiyməti ilə bağlı Tarif Şurasından AÇIQLAMA

3764 24.08.2022 21:41 Gündəm A A

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.

Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, ümumiyyətlə, qeyd edilən məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcəkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR