İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzin şüşəsini əlində zorla tutan yurdsuz kaftarlara!

2209 22.08.2022 20:54 Yazarlar A A

Zabux kəndi artıq boşaldılıb. Öz həqiqi sahiblərinə təhvil verilmək üçün. Ancaq Köçəryan-Sərkisyan bandasının nəzarətində olan erməni mediası, əlbəttə ki, bunu belə təqdim eləmir.

“Əzabkeş millət”in mətbuatı yazır ki, “ermənilər öz vətənlərini tərk eləməli olublar”. Bişəkk, ən əvvəl Allah qoymasa, gələcək nəsillərinin bu yalana istinad edib də saxtakarlıqları davam etdirməsi üçün, “mistsum virusu”nu yaşatması üçün...

Yaxşı, bu sizin vətən idisə, niyə çıxıb getdiniz? Vətəni belə sakitcə tərk edirlərmi? Hələ evlərə od vurulması. Hansı azərbaycanlı qaçqın və ya köçkün yaşadığı evindən çıxarkən bu miskinliyi özünə rəva bilib?

Olmayıb belə şey. Çünki azərbaycanlı daim bu inamla yaşayıb ki, nə vaxtsa təzədən öz yurduna qayıdacaq. Və artıq qayıdır. Həm də həmişəlik. Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına dönəcəklər – haylara xəyal kimi görünsə də...

Amma özünü hələ də riyakarcasına “xristianlığı ilk qəbul edən xalq”, “ən qədim, ən mədəni millət” sayan ermənilərin bir daha bizimlə yanaşı yaşamağa üzləri olacaqmı törətdikləri bütün bu vəhşiliklərdən sonra? İsa peyğəmbərin dininə iman gətirən də qudurğan, yırtıcı, barbar, allahsız ola bilərmi?

Hələ bu qulaqlarından torpaq tökülən 86 yaşlı erməni düdüyü! Bir əlində çəlik, o birində benzin şüşəsini güclə saxlayan, 30 il qabaq evimizə “dal qapı”dan soxulmuş suriyalı kaftar gör nə çərənləyir. Deyir “tikdiyim evi yandırıram ki, türkə qismət olmasın”.

Ola bilər evi sən tikmisən, bəs o evin üstündə durduğu torpaq kimindir, yaramaz? Sən burda nə vaxt, haradan peyda oldun ki, bu torpaq sənə heç məzar da ola bilmədi!

İndi erməninin guya müdrik yaşında olanı bu ağılda, bu düşüncədədirsə, belə rəzil əməlin yiyəsidirsə, ondan törəyənlərdən nə gözləyəsən? Guya bilmirdilər ki, bu torpaqların gerçək sahibi qayıdacaq...

Sonra. Vay-şivən qoparıb yazırlar ki, “Azərbaycan Berdzordakı (Laçın şəhərinin it dilində adı - Z.S.) qədim kilsəni məscidə çevirməyə hazırlaşır”. Amma o “kilsə”nin işğal dövründə tikildiyini yazmırlar. Çünki yazsalar, onda dərhal etiraf eləməli olacaqlar ki, Azərbaycana məxsus ərazilərdə işğalçıların inşa elədiyi istənilən bina, tikili ilə istədiyimiz kimi davranmaq haqqına sahibik! İstəyərik, yerlə bir edərik, istəmərik, rasional davranıb, məsələn, restorana çevirərik, yaxud kilsə adlanan binanı məscid edərik - hər necə olmasa tikilidir, heç bir tarixi-mədəni dəyər daşımasa da.

Bu sizə qalmayıb. Siz hələ “vətən” adlandırdığınız çox yerləri tərk eləməli olacaqsız. Bunun dərdini çəkin. Çünki qaraçıların, Allahın peyğəmbərini utandıranların vətəni, milləti, kökü olmaz...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR