İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika Kiyevə “F-16”dan Ukraynadan kənarda istifadə etməyə icazə vermədi

466 01.06.2024 07:30 Dünya A A

“Brüsselin Kiyevə təhvil verdiyi F-16 qırıcıları yalnız Ukrayna ərazisində istifadə oluna bilər”.

Bunu ABŞ-a səfəri zamanı Belçikanın baş naziri Aleksandr de Kroo deyib.

“Müqavilə çox aydındır. Söhbət ukraynalıların Ukrayna ərazisində istifadə edə biləcəyi döyüş təyyarələrindən gedir. Bu, bağlandığımız müqavilənin şərtidir və mən ona riayət etmək istəyirəm”, - Kroo vurğulayıb.

Baş nazir qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə imzalanan və 2028-ci ilin sonuna qədər Belçika tərəfindən 30 ədəd F-16-nın təhvil verilməsini özündə ehtiva edən saziş krallığı Ukrayna Hərbi Hava Qüvvələrinə ən böyük qırıcı təyyarə tədarükçüsü edir.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR