İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusa “Vaqner” ÖHŞ-nin on minə qədər muzdlusu gətirilir-Ukrayna üçün yeni təhlükə

696 20.07.2023 16:07 Sosial A A

 

Rusiyanın qiyamçı “Vaqner” ÖHŞ-nin 10 minə qədər silahlısı Belarusa yerləşdirilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Vaqner”in  “Marks” ləqəbli “komandirlər şurası”nın üzvü danışıb.

Həmin adam Ukraynadakı müharibədə 78 min şirkət üzvünün iştirak etdiyini, onlardan 49 mini dustaq olduğunu söyləyib. “Baxmutun tutulması zamanı 22 min əsgər öldürüldü, 40 mini yaralandı. Sağ qalan 25 min yaralı da müalicə olunub. Onlardan 10 minə qədəri Belarusa gedib”,-deyə o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Dövlət Dumasında 33 minə yaxın muzdlunun Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığı barədə məlumat verilib. “Əgər bütün öldürülənlər və məzuniyyətə gedənlər müqavilə bağlasalar, bu, mümkündür”, - deyə Marks istehza ilə qeyd edib.

Monitorinq təşkilatlarının məlumatına görə, artıq iyulun 19-da axşam saatlarında Belarusa 2,5 minə yaxın muzdlu əsgər gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR