İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus Ermənistana NOTA GÖNDƏRDİ

1393 21.06.2024 18:28 Siyasət A A

Belarus Xarici İşlər Nazirliyi Ermənistan tərəfinə nota göndərib.

Musavat.com xəbər verir ki, bu barədə Belarus mətbuatı nazirliyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu gün Minskdə MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq departamentinin rəhbəri Sergey Molunov və Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan arasında görüş olub.

Diplomatlar ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini və birgə inteqrasiya strukturlarında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Belarus Xarici İşlər Nazirliyindən Ermənistan tərəfinə müvafiq nota göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR