İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədəni yanan körpənin anası: “Övladımı yarıyolda qoymayın”

870 27.03.2023 11:05 Sosial A A

Bir yaşlı daun sindromlu Rüxsarə Abasovanın sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Kəsirə Şirəliyeva məlumat verib.

O bildirib ki, qızı Rüxsarə martın 6-da isti su qazanını üstünə aşıraraq yanıb.

“Biz Masallıda yaşayırıq. Kəsdiyimiz toyuğu təmizləmək üçün su qaynadıb yerə qoymuşdum. Rüxsarə də iməkləyərək suyu üzərinə çəkib. Həmin gün Lənkəran Dövlət Xəstəxanasına getsək də, Rüxsarənin vəziyyətinin ağır olduğunu bildirib bizi Bakıya yönləndirdilər”.

Kəsirə Şirəliyeva bildirib ki, Rüxsarə həm də daun sindromludur:
“Rüxsarə daun sindromlu uşaqdır, ürəyində də problem var. Onun sinəsi və qolları yanıb. Bakıda həkimlərin apardığı müalicələr nəticəsində övladımın vəziyyətində xeyli irəliləyiş var, amma müalicəni davam etdirmək üçün imkanımız yoxdur. Hazırda övladımın ümumi bərpası üçün 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim balama bir daha kömək olmalarını, onu yarıyolda qoymamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 976 70 39

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR