İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏDBİN PROQNOZ: Ukrayna bu tarixdə Xarkovu itirə bilər

1485 08.03.2024 11:59 Dünya A A

"Ukrayna Silahlı Qüvvələrində sursat çatışmazlığı və Rusiya ordusunun üstünlüyünün davam etməsi şərti ilə Ukrayna 2024-cü ildə Xarkovu itirə bilər".

Bu barədə Ukrayna Siyasət Təhlili və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik jurnalist Natalya Vlasovaya müsahibəsində bildirib.

Ekspert izah edib ki, şəhər çətin ki, yaxın aylarda Rusiya ordusu üçün prioritet hədəfə çevrilsin, lakin bu, gələcəkdə ilin sonuna qədər dəyişə bilər.

"Əgər Qərbdən, ilk növbədə Amerikadan hərbi yardım almasaq, silahlı qüvvələrimiz bu il ərzində geri çəkilməyə məcbur olacaq", - Bortnik bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti, silahları və hava məkanında tam üstünlük təşkil edən Rusiya ordusuna müqavimət göstərməsi son dərəcə çətin olacaq. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR