İnsanlara hürriyət, millətlərə istiqlal!

BDU-da 2 yeni şöbə yaradılıb

1213 18.01.2023 20:04 Təhsil A A

Bakı Dövlət Universitetində (BDU) 2 yeni şöbə yaradılıb.

Bu barədə Musavat.com-a ali təhsil müəssisəsindən məlumat verilib.

Bildirilib ki, BDU-da tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir. Struktur islahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə BDU Elmi Şurasında qərar qəbul olunub. Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR