İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden və Zelenski arasında telefon danışığı olub

170 11.01.2025 03:55 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenski 10 yanvar Cümə günü ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski Telegram hesabında məlumat verib.

Zelenski Baydenlə Rusiyanın enerji sektoru üzərində yeni sanksiya paketini müzakirə edib. Sanksiyalar, Rusiya prezidenti Vladimir Putinə müharibəni maliyyələşdirməkdə kömək edən "Qazpromneft" və "Surgutnefteqaz" kimi şirkətləri hədəf alır. Zelenski qeyd edib ki, bu sanksiyalar Rusiyanı müharibənin maliyyətini hiss etməyə və Putin üçün maliyyə itkilərinə səbəb olacaq.

O, həmçinin ABŞ-a, həmçinin Konqresin hər iki palatasına Rusiyaya qarşı ədalətli təzyiq göstərdikləri üçün təşəkkür edib. "Biz birgə, beynəlxalq ictimaiyyəti birləşdirərək azadlıq və beynəlxalq sülh prinsiplərini müdafiə edən qlobal bir koalisya yaratdıq. Biz mütləq mübarizə aparacaq, ölkəmiz və xalqımız üçün davamlı sülh əldə edəcəyik", - deyə Ukrayna prezidenti vurğulayıb.  

Mənbə: https://www.unian.net/politics/zelenskiy-poobshchalsya-s-baydenom-o-chem-shla-rech-12880284.html

 

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR