İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Ukraynanın adı olmayan İsrailə yardım qanununa veto qoyacaq - Ağ Ev

474 01.11.2023 12:16 Dünya A A

ABŞ prezidenti Co Bayden, ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynanın adı çəkilmədən hazırkı formada razılaşdırılarsa, İsrailə yardım üçün vəsait ayrılmasına dair qanun layihəsinə veto qoyacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin büdcə idarəsinin bəyanatında deyilir.

Sənəddə qeyd edildiyi kimi, “ikitərəfli razılaşmaya” və ABŞ administrasiyasının müvafiq sorğusuna baxmayaraq, “qanun layihəsi Ukraynaya hər hansı yardımın göstərilməsini nəzərdə tutmur”.

Bəyanatda vurğulanır ki, Ukraynaya dəstək verilməməsi Vaşinqtonun qətiyyəti ilə bağlı “Rusiyaya və dünyanın qalan hissəsinə dəhşətli siqnal” göndərə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR