İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Trampa edilən sui-qəsd cəhdini pisləyib

510 14.07.2024 05:10 Dünya A A

ABŞ Prezidenti Cozef Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.

Musavat.com bu barədə “Report” agentliyinin icmallaşdırdığı xəbəri yayır. 

Amerikanın mövcud prezidentinin adından bu barədə xüsusi  bəyanat yayılıb.

“Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.

Dövlət başçısı “Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların “bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR