İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Putini, krımlı deputat isə Baydeni təhqir edib

524 22.02.2024 13:13 Dünya A A

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putin haqqında təhqiramiz açıqlama verib. Bu, San-Fransiskoda qapalı kampaniya zamanı baş verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evə akkreditasiya olunmuş jurnalistlər bildirib.

"Siz həmişə nüvə münaqişəsindən narahat olmalısınız", - deyən Bayden qeyd edib ki, ancaq iqlim dəyişikliyi bəşəriyyət üçün ekzistensial təhlükədir.

KİV-in məlumatına görə, ABŞ lideri Rusiya prezidenti haqqında danışarkən ağır sözlər işlətməkdən çəkinmir. Bununla belə, Baydenin Putinin ünvanına konkret nə kimi həqarətlər etdiyi barədə detallar verilmir.

Rusiya Dövlət Dumasında Co Baydenin sözlərinə artıq münasibət bildirilib. Krımdan olan deputat Mixail Şeremet bəyan edib ki, onun Putinlə bağlı açıqlamaları yalnız qocalıq dəliliyi ilə izah edilə bilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR