İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Parkinson xəstəsidirmi? - Ağ Ev rəsmən AÇIQLADI

706 09.07.2024 13:01 Dünya A A

“ABŞ prezidenti Co Bayden Parkinson xəstəliyindən müalicə almır”.

Musavat.com xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.

“Prezident Parkinson xəstəliyindən müalicə olunubmu? Yox. Hazırda o, Parkinson xəstəliyindən müalicə alırmı? Yox. Parkinson xəstəliyi üçün hər hansı dərman qəbul edirmi? Xeyr”, - deyə Karin Jan-Pyer bildirib.

O, Ağ Evə baş çəkə biləcək mütəxəssislərin adlarını çəkməyəcəyini vurğulayıb.

“The New York Post” qəzeti ABŞ prezidentinin həkimi Kevin O’Konnorun yanvar ayında Parkinson xəstəliyi üzrə ixtisaslaşmış “Walter Reed” Tibb Mərkəzində nevroloq həkim Kevin Kanardla görüşdüyünü yazıb. Məlumata görə, görüş yanvarın 17-də Ağ Evin klinikasında baş tutub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR