İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

495 01.06.2024 02:06 Dünya A A

ABŞ Prezidenti Co Bayden bildirib ki, İsrail Qəzza zolağında HƏMAS atəşkəsə dair "yol xəritəsi"ni təmin edən "hərtərəfli təklif” irəli sürüb.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Özündə üç mərhələni ehtiva edən təklifin şərtlərinə əsasən İsrail və HƏMAS hərəkatı arasında altı həftəlik atəşkəs elan olunur, Qəzza zolağının bütün yaşayış məntəqələrindən qoşunlar çıxarılır.

Bildirilib ki, İsrailin HƏMAS yeni təklifləri Qətər nümayəndələri tərəfindən çatdırılıb.

“Birinci mərhələ altı həftə davam edəcək. Bu mərhələdə, tam atəşkəs, İsrail qoşunlarının Qəzzanın bütün məskunlaşmış bölgələrindən çıxarılması və müəyyən sayda girovların azad edilməsini nəzərdə tutulur. Razılaşmaların ikinci mərhələsi sağ qalan bütün girovların azad edilməsini nəzərdə tutur. Təklifin üçüncü mərhələsi Qəzza zolağının yenidən qurulmasını nəzərdə tutur”, - Bayden vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR