İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden bu halda GERİ ÇƏKİLƏCƏK - AÇIQLADI

1147 12.07.2024 10:47 Dünya A A

Bütün qələbə şansları itirilsə, yenidən seçilmək üçün mübarizəni dayandırmağa hazır olacağam, lakin sosioloqların apardıqları sorğular bunun əksini deyir.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Amerika lideri, eyni zamanda bildirib ki, ABŞ-də seçki kampaniyası zamanı böyük dəyişikliklər baş verə bilər.

“Bununla belə, mən ən yaxşı olduğuma inanıram və bilirəm ki, liderlik baxımından ən bacarıqlıyam. Lakin Trampı məğlub edə biləcək başqa insanlar da var”, - Bayden qeyd edib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden və Tramp artıq öz partiyalarının prezidentliyə namizədləri kimi təsdiq olunublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR