İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden administrasiyası Türkiyəni hədələyir: Rusiya və HƏMAS-a görə

700 30.11.2023 21:14 Dünya A A

ABŞ prezidenti Co Baydenin administrasiyası Türkiyəni Rusiyaya və Fələstinin HƏMAS hərəkatına dəstək verdiyi iddiası ilə məhdudlaşdırıcı tədbirlərlə hədələyib.

“The Wall Street Journal”ın yazdığına görə, Qərbin Rusiyaya qarşı sanksiyalarını nəzərə almayan türk şirkətləri və şəxsləri sanksiya siyahısına daxil olmaq riski ilə üzləşirlər. ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson Türkiyə rəsmiləri ilə görüş ərəfəsində deyib: “Biz bunu dayandırmaq üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq və bunu Türkiyə ilə ortaq şəkildə etmək istəyirik, eyni zamanda birtərəfli şəkildə hərəkət etməyə də hazırıq”.

Fələstin hərəkatı ilə bağlı Nelson deyib ki, “HƏMAS-ın hər hansı növbəti hücumu Türkiyənin maliyyələşdirməsi və ya yardımı ilə bağlı olarsa, bu, çox pis olar”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR