İnsanlara hürriyət, millətlərə istiqlal!

“Başqa ölkədən əsgər gəlib bizə səngər qazmayacaq”-Ohanyan ermənilərin son ümidini kəsdi  

1520 21.09.2022 14:23 Region A A


“Biz Qərblə Şərqin qovşağındayıq, lakin coğrafi baxımdan KTMT regionuna daha yaxınıq, postsovet ölkəsi olaraq müdafiə məsələsində, xüsusən də hərbi məsələdə, avadanlıqların satın alınması məsələsində inteqrasiya olunmuşuq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu sentyabrın 21-də jurnalistlərə “Ermənistan bloku” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, bu illər ərzində Ermənistan xüsusilə KTMT-nin hərbi komponentinin inkişafı istiqamətində ciddi işlər görüb.

O qeyd edib ki, hər bir təşkilatın həm müsbət, həm də mənfi cəhətləri var.

“NATO-da da eyni çatışmazlıqlar var. Bu strukturda münaqişəli ölkələr var, məsələn: Türkiyə və Yunanıstan. Mövcud hakimiyyət KTMT-dəki baş katibimizi azadlıqdan məhrumetmə cəhdləri bir yana qalsın, KTMT-nin qərar qəbuletmə prosedurlarını gücləndirmək üçün nə edib?

Ermənistan hakimiyyəti KTMT-yə müraciət etməzdən əvvəl ölkənin daxili səfərbərliyini həyata keçirməli və orduya dəstək verməli idi. Başqa ölkədən bir dənə də olsun əsgər gəlib ərazimizə səngər qazmayacaq”, - Ohanyan son fikirləri ilə KTMT-dən dəstək gözləyən ermənilərin son ümidlərini də puç edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR